Müəllif - Aida İsaq, Banco.az
ABŞ-da inflyasiyanın qarşısının alınması fonunda ölkənin günəş enerjisi bazarının 5 illik müddətdə iki dəfədən çox artacağı proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, Günəş Enerjisi Sənayesi Assosiasiyası və "Wood Mackenzie" tərəfindən açıqlanan hesabata görə, günəş enerjisinin ümumi gücü 142 giqavatdan 2028-ci ilin sonuna kimi 377 giqavata çatacağı gözlənilir.
Qeyd olunur ki, ABŞ prezidenti Baydenin əhatəli iqlim qanunu günəş qurğularına tələbatı artırır və yerli istehsalı dəstəkləyir. 2028-ci ilə qədər ABŞ-da 60 giqavat generasiya gücünün işə salınması gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!