Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da fabrik-zavod sifarişləri may ayında 0,3 faiz artaraq bazar proqnozlarından aşağı olub.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi may ayı üzrə fabrik-zavod sifarişi məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədəki fabrik sifarişləri may ayında əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.
Ekspertlərin proqnozu 0,8 faiz artım istiqamətində idi. Aprel ayında isə fabrik-zavod sifarişləri 0,3 faiz artmışdı.
Xatırladaq ki, fabrik-zavod sifarişləri ABŞ iqtisadiyyatında mühüm yeri olan sənaye sektorunun yaxın gələcək perspektivlərinə işıq tutması baxımından olduqca əhəmiyyətlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!
