ABŞ-da fabrik və zavod sifarişləri proqnozları üstələyib | Banco.az

ABŞ-da fabrik və zavod sifarişləri proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da fabrik və zavod sifarişləri sentyabr ayında gözləniləndən yuxarı olub.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi sentyabr ayı üzrə fabrik və zavod sifarişlərinə dair məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə fabrik və zavod sifarişləri sentyabr ayında əvvəlki ayla müqayisədə 2,8 faiz artıb.

2021-ci ilin yanvar ayından etibarən sürətlə artan və bazar proqnozlarını üstələyən sifarişlərin bu dövrdə 2,4 faiz artması gözlənilirdi. Avqustda fabrik-zavod sifarişləri 1 faiz artmışdı.

Qeyd edək ki, fabrik və zavod sifarişləri ABŞ iqtisadiyyatında mühüm yer tutan sənaye sektorunun yaxın gələcək göstəricilərinə işıq tutmaq baxımından əhəmiyyət daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram