ABŞ bankları üçün yeni tənzimləmə mexanizmi hazırlanır | Banco.az

ABŞ bankları üçün yeni tənzimləmə mexanizmi hazırlanır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Əmanət Sığorta Agentliyi (FDIC) banklar üçün hazırlanan yeni qaydaları ehtiva edən bir təklif təqdim edəcək.

Banco.az xəbər verir ki, ABŞ Federal Əmanət Sığorta Agentliyi (FDIC) ölkədə üç yerli bankın müflisləşməsi hadisəsindən sonra hazırlanan yeni tənzimləmə mexanizminin daxil olduğu təklifi 29 avqust tarixində elan etməyə hazırlaşır.

Təklif aktivləri 100 milyard dollardan aşağı olan bankların müflis olmaları halında kapital itkilərini kompensasiya etmək üçün kifayət qədər uzunmüddətli istiqrazların buraxılmasını ehtiva edir.

Agentlik həmçinin sözügedən miqyaslı banklara hipotetik bağlanma planlarını dəstəkləməyə imkan verəcək  yol xəritəsi elan edəcəyini də açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram