Müəllif - Aida İsaq, Banco.az
ABŞ məhdudiyyətlərdən yayınan 90 şirkətə qarşı ixrac sanksiyaları tətbiq etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, məlumata görə, Rusiya biznes sektorları, üçüncü ölkələrin, o cümlədən Çin şirkətləri məhdudiyyətlərə məruz qalacaq. Vaşinqton onları sanksiyalardan yayınmada, eləcə də Rusiyanın müdafiə sektoruna dəstək fəaliyyətində iştirak edən təşkilatlar siyahısına əlavə etmək niyyətindədir.
Qeyd olunur ki, belə müəssisələrə ABŞ istehsalı olan və ya Amerika texnologiyası və ya proqram təminatından istifadə etməklə xaricdə istehsal olunmuş məhsulların (məsələn, yarımkeçiricilər) alınması qadağan ediləcək. Yeni sanksiyalara düşən şirkətlərin konkret siyahısı hazırda məlum deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!