ABŞ 2025-ci il üzrə neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb | Banco.az

ABŞ 2025-ci il üzrə neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) gələn il üzrə neft qiymətləri proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, EIA-nın "Dekabr 2024 Qısamüddətli Enerji Perspektivi Hesabatına" görə, gələn il bazarların illik müqayisədə nisbətən tarazlaşacağını fərz edərək, Brent tipli xam neftin barel qiymətinin cari səviyyələrə yaxın ticarət olunacağı gözlənilir.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun 2025-ci il ərzində hasilatı yeni hədəf səviyyələrə çatdıracağı və ilin sonunda qlobal neft ehtiyatlarının bugünkü səviyyələrə yaxın qalacağı proqnozlaşdırılır.

Ehtiyatların birinci rübdə OPEC+ ixtisarı ilə gündə təxminən 700 min barel azalacağı, ilin qalan hissəsində isə OPEC+ və qeyri-OPEC+ ölkələrində hasilatın artması ilə gündə təxminən 100 min barel artacağı gözlənilir. Bu artımlarla Brent markalı neftin barel qiymətinin 2025-ci ildə bu ilki orta səviyyə olan 80 dollardan az olacağı hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Müvafiq olaraq, gələn il Brent markalı neftin orta barel qiymətinin 73,58 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 76,06 dollar olaraq qiymətləndirilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram