ABB “TamGənc” Basketbol Liqasının əsas tərəfdaşı oldu! | Banco.az

ABB “TamGənc” Basketbol Liqasının əsas tərəfdaşı oldu!

Korporativ sosial məsuliyyəti çərçivəsində ölkəmizdə idmanın inkişafına dəstək layihələrini davam etdirən ABB Azərbaycan Basketbol Federasiyası ilə də tərəfdaşlığa başlayıb.

ABB ötən ilin dekabrından start götürmüş basketbol üzrə tələbə liqasına dəstək verir. Liqanın adı “TamGənc” Basketbol Liqası olaraq müəyyənləşib.

Qeyd edək ki, “TamGənc” Basketbol Liqası” adı ABB-nin 18-25 yaş arasında gənclər üçün nəzərdə tutduğu TamGənc kartı ilə bağlıdır. TamGənc kartı ötən il bazara təqdim edilib və gənc müştərilərə bir çox üstünlüklər yaradır. “TamGənc” Basketbol Liqasında ölkəmizdəki 7 universitetin komandaları yarışmaqdadır. Onlar Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Neft və Sənaye Universitetinin, Bakı Mühəndislik Universitetinin, Xəzər Universitetinin komandalarıdır. Yarışlar Azərbaycan Texniki Universitetinin idman zalında keçirilir. “TamGənc” Basketbol Liqasının final qarşılaşması mayın 19-da olacaq.

ABB-nin bu idman tədbirinə tərəfdaş dəstəyi göstərməkdə əsas məqsədi gənc nəslin fiziki sağlamlığı üçün son dərəcə faydalı idman növü olan basketbola həvəsi artırmaq, gənclər arasında onun kütləviliyinə nail olmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et