ABB nizamnamə kapitalını 890 milyon manata çatdırılmasını planlaşdırır | Banco.az

ABB nizamnamə kapitalını 890 milyon manata çatdırılmasını planlaşdırır

Aprelin 2-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

ABB-dən bildiriblər ki, yığıncaqda bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2014-cü ilin maliyyə hesabatı təsdiqlənib, idarə heyətinin təklifinə əsasən, ötən il əldə olunmuş 25,5 milyon manat məbləğində mənfəətin bölüşdürülməmiş mənfəət hesabında saxlanılması, həmçinin Bankın nizamnamə kapitalının 200 milyon manat artırmaqla 890 milyon manata çatdırılması barədə qərarlar qəbul edilib.

Yığıncaqda, həmçinin təşkilati məsələyə də baxılıb. Məlum olduğu kimi, Bankın Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, idarə heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə idarə heyətinin sədri C.Hacıyev tutduğu vəzifədən azad edilib. Hazırda idarə heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et