2017-ci ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) restruktizasiya olunmuş kredit portfeli ölkənin bank sektorunun məcmu kredit portfelinin 25%-ni təşkil edir.
Bunu "Fitch" Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi Ruslam Bulatov deyib.
Onun sözlərinə görə, ABB-nin vaxtı keçmiş kreditləri məcmu kredit portfelindəki xüsusi çəkisi isə 18%-dir.
Bundan başqa, R.Bulatov deyib ki, region ölkələri arasında depozitlərdə dollarlaşmanın ən yüksək səviyyəsi Azərbaycanda müşahidə edilir: "Bu göstərici 70%-dən yuxarıdır".
Report.az