ABA və “Visa İnc.” beynəlxalq kart təşkilatının rəhbərliyi arasında görüş keçirilib | Banco.az

ABA və “Visa İnc.” beynəlxalq kart təşkilatının rəhbərliyi arasında görüş keçirilib

24 noyabr 2021-ci il tarixində “Visa İnc.” beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında görüş baş tutmuşdur.  Görüşdə “Visa İnc” şirkətinin regional direktoru Kristina Doros, ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və digər nümayəndələr iştirak etmişdir.

Görüş zamanı Zakir Nuriyev ABA və Visa arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək Visa təşkilatının rəqəmsal ödənişlərin inkişafı, bazara yeni innovativ ödəniş həllərinin daxil olması ilə əlaqədar göstərdiyi səylərə eləcə də  iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı görülən işlərə verdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir. Bununla yanaşı ABA tərəfindən maliyyə-bank sektoruna aid çoxsaylı tədbirlərin  keçirilməsində Visanın yaxından iştirak etdiyini  və bundan sonra da xüsusilə bank xidmətlərinin  təhlükəsizliyi ilə əlaqədar tədbirlərin davam etdirilməsinin zəruri olduğunu demişdir. O, həmçinin ABA-nın nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert qrupu”nun fəaliyyətində verdikləri dəstəyi xüsusi vurğulamışdır.

Zakir Nuriyev bankların hazırda prioritet vəzifəsi olaraq işğaldan azad olmuş Azərbaycan ərazisində innovativ maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparıldığını və strateji planların müəyyən edildiyini bildirmiş və bütün maliyyə-bank sektoru ilə əlaqədar təşkilatların maliyyə-bank infrastrukturunun qurulmasında fəal iştirakının təmin olunacağını qeyd etmişdir.

Kristina Doros isə öz növbəsində ABA ilə əməkdaşlığı yüksək qiymətləndirmiş və Visa təşkilatının iqtisadiyyatın nağdsızlaşdırılması istiqamətində görülən təşəbbüslərə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirmişdir. Həmçinin, ABA tərəfindən hər il keçirilən beynəlxalq tədbirlərdə tərəfdaş olmağa hazır olduqlarını və əlaqədar mövzularda  xüsusilə də rəqəmsal bank xidmətlərində təhlükəsizlik məsələlərinin əhəmiyətini  nəzərə alaraq ABA ilə birgə bu istiqamətdə də seminar və vebinarların təşkilinə davam edəcəklərini qeyd etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

"Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert qrupu”nun ölkədə rəqəmsal ödənişlərin, innovativ ödəniş həllərinin müzakirə edildiyi mötəbər platforma olduğunu bildirərək qrupun fəaliyyətində bundan sonra da yaxından iştirakına və banklar tərəfindən Azərbaycan ərazisində maliyyə-bank infrastrukturunun inkişafı istiqamətində görülən işlərə, innovativ rəqəmsal ödəniş həllərinin tətbiqinə dəstək verəcəklərini bildirmişdir.

Xatırladaq ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et