ABA prezidenti: "Azərbaycanın bank sektorunda 6 mlrd. manatdan artıq likvid vəsait var" | Banco.az

ABA prezidenti: "Azərbaycanın bank sektorunda 6 mlrd. manatdan artıq likvid vəsait var"

Hazırda Azərbaycan banklarında 5,2 mlrd. manat həcmində nağd vəsait, eləcə də qiymətli kağızlar bazarına yatırılmış 1 mlrd. manata yaxın vəsait var.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

“Son nəticədə bank sektorunda 6 mlrd. manatdan artıq likvid vəsait var”, - deyə Z.Nuriyev qeyd edib. 

Mənbə: Report.az