ABA ölkənin ən fəal banklarını mükafatlandırıb | Banco.az

ABA ölkənin ən fəal banklarını mükafatlandırıb

28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2022” adlı tədbiri də baş tutmuşdur.

ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib.

Mükafatlandırma mərasimində qeyd edilib ki, 2022-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

Belə ki, 2022-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “ABB” ASC, “AFB Bank” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC,  “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.

“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Accessbank” QSC, “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC mükafata layiq görülüb.

“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “ABB” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.

“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC təltif edilib.

Ən sərfəli kredit üçün müraciət et

“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “PAŞA Bank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.

“Elektron bankçılıq üzrə layihələr” nominasiyası üzrə “ABB” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “Azərbaycan Kredit Bürosu” MMC mükafatlandırılıb.

“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” nominasiyası üzrə “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.

“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “Bank of Baku” ASC-nin Ödəniş sistemləri Departamentinin direktor müavini Tamerlan Rüstəmov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov mükafatlandırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et