9 ayda kredit təşkilatları tərəfindən 400 milyon manata yaxın səhmlər emissiya edilib | Banco.az

9 ayda kredit təşkilatları tərəfindən 400 milyon manata yaxın səhmlər emissiya edilib

2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycanın kredit təşkilatları tərəfindən 395,8 milyon manatlıq səhmlər emissiya edilib.

9 ay ərzində kredit təşkilatlarının səhm emissiyaları üzrə 11 dövlət qeydiyyatı aparılıb. Qeydiyyatların cəmi məbləği 395,8 milyon manatdır.

9 ay ərzində sığorta şirkətlərinin 80 milyon manatlıq 6 səhm emissiyası dövlət qeydiyyatına alınıb.

Digər təşkilatlar 72 səhm emissiyası həyata keçiriblər. Bu emissiyaların cəmi məbləği 836,9 milyon manatdır.

Ümumilikdə 9 ay ərzində Palata tərəfindən 1 milyard 312 milyon manatlıq 89 səhm buraxılışı dövlət qeydiyyatına alınıb.

Marja