Bugün artıq mobil telefonlar bizə istənilən vaxt, istədiyimiz yerdə və istədiyimiz kimi ünsiyyət saxlamağa imkan verir. Lakin bu o demək deyil ki, biz bu cihazdan həmişə, hər yerdə və necə gəldi istifadə edə bilərik. Telefonla davranış qaydalarına və ünsiyyət tərzinə nəzarət xüsusilə rəsmi şəxslər üçün zəruridir. Əks halda əlavə nüanslar professionallığımıza xələl gətirə bilər.
Karyera mütəxəssisi Barbara Pachter "The Essentials of Business Etiquette." kitabında müasir telefonlarla bağlı etiket qaydalarını sistemləşdirib. Biz isə onlardan ən vaciblərini seçərək, diqqətinizə çatdırırq.
- Telefona cavab verərkən ilk növbədə özünüzü təqdim edin. Ad və soyadınızı birlikdə desəniz daha yaxşı olar. Çünki, təkcə adınız qeyri-rəsmi səslənə bilər, eləcə də yalnız soyadı demək də bir qədər kəskin və kobud anlaşıla bilər.
- Səs tonunuza fikir verin. Bəzən insanlar telefonla çox yüksək tonla danışırlar, Bu təbii ki, onların diqqəti, xəttin digər tərfindəki şəxsə yönəltmələri ilə bağlı
Ən sərfəli kredit üçün müraciət et dır. Lakin belə olduqda siz həm danışdığınız şəxsdə, həm də ətrafdakılarda narahatlıq yarada bilərsiniz. - Rəsmi görüşlər zamanı telefon zənglərini cavablandırmasanız daha yaxşı olar. Çünki, bu həmsöhbətinizə qarşı diqqətsizliyin göstəricisidir. Əgər çox vacib zəng qəbul etməli olacaqsınızsa, bu barədə görüş iştirakçılarını əvvəlcədən məlumatlandırın.
- Görüş zamanı telefonu stolun üzərinə qoymayın. Əgər telefonla danışmayacaqsınızsa belə, bu xoş görüntü yaratmır.
- İclas və rəsmi görüşlərdə telefonunuzu səssiz rejimə keçirin. Telefonunuzun müzakirənin ortasında zəng çalaraq, fikri yayındırması qəbuledilməzdir.
- Qulağa xoş gələn zəng seçin. Yəqin ki, telefonunuzun zəng melodoiyası ilə başqalarını qorxutmaq istəməzsiniz.
- Əgər mikrofonla (speaker phone) danışırsınızsa, onda danışdığınız şəxsi əvvəlcədən tək olmadığınızdan xəbərdar edin.
- Çox uzun səs yazıları göndərməyin. Çalışın qısa və konkret danışasınız. Əgər həmin şəxsin sizə zəng vurmağını istəyirsinizsə, telefon nömrənizi aramla söyləyin.