50 illik yubileyini qeyd etməyə hazırlaşan “McDonald's” brendi necə yaranıb? | Banco.az

50 illik yubileyini qeyd etməyə hazırlaşan “McDonald's” brendi necə yaranıb?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Populyar fast-fud brendi “McDonald's” iyul ayının sonunda 50 illik yubileyini qeyd etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, şirkət 50 illik yubileyini qeyd etmək üçün əvvəllər görülməmiş məhsullardan ibarət məhdud sayda menyu təqdim edəcək. Menyuda indiyə qədər müştərilərinə təqdim etmədiyi desert də var. Doğum günü tortu donut…

Bəs 50 yaşı tamam olan dünyaca məşhur brendin yaranma hekayəsini bilirsinizmi? “McDonald`s” ideyası kimə məxsus olub?

Ray Krok (Ray Kroc) bir gün avtomobillə gedərkən qeyri-adi bir mənzərə ilə qarşılaşır. Qarşısındakı avto dayanacaq insanlarla doludur və uzun bir növbə var. Əllərində yemək olan növbədəkilərin üzü gülür. Krok maşından düşüb insanların olduğu yerə doğru gedir.

“15 sentə dünyanın ən ləzzətli hamburgerini satırıq. Növbə gözləmək dərdi, bəxşiş vermək zərurəti yoxdur.” - daxil olduğu kiçik restoranın girişində məhz belə yazılmışdı.

O vaxtlar Ray Krok Amerikanı başdan ayağa gəzərək südlü kokteyl hazırlayan maşınlar satdığı üçün ölkədəki bütün restoran tiplərini bilirdi. Ancaq beləsini ilk dəfə görürdü. Bu hadisə 1954–cü ildə baş verir. Yəni, MakDonald qardaşlarının Kaliforniyadakı kiçik restoranlarını açmalarından 14 il sonra...

McDonalds nə vaxt və necə quruldu?

Riçard Ceyms MakDonald və Moris Ceyms MakDonald fast-fud stendi işinə 1940–cı ildə başlasalar da, 8 il ərzində əsaslı bir qazanc əldə edə bilməmişdilər. 8 il sonra isə istehsal avtomatikləşməyə, yəni minimum əmək sərf edərək maksimum sayda hamburger hazırlanmağa başlanılır. Restorandan ofisantları, stol və stulları yığışdırırlar. İnsanlar artıq bayırda bir pəncərənin qarşısında növbəyə daxil olub sifariş verirdilər. Bütün xərcləri mümkün qədər azaldan Donald qardaşlar keyfiyyəti əsla aşağı salmadılar. Moris MakDonald mövzu ilə bağlı belə deyir:

“Konsepsiyamız sürətli xidmət, ucuz qiymət və satış həcmi istiqamətlidir. Qiymətləri aşağı səviyyədə saxladıqca müştərilərimizin sayı artır və üstəlik müştərilər öz işlərini özləri görürlər.”

1954–cü ildə MakDonald qardaşlar əlavə 10 restoran da açırlar, ancaq bu restoranlarda eyni uğuru əldə edə bilmirlər. Onu da qeyd edək ki, restoran dedikdə indiki McDonald`s restoranları fikrinizdə canlanmasın, çünki o vaxtlar insanlar sadəcə hamburger və coca-cola alıb gedirdilər. Yəni, oturacaq yerlər yox idi.

Ray Krok işə əl atdı

Məhz bu məqamda İllinoys ştatından olan Ray Krok işə əl atır. Güclü vizyonu və cəsur marketinq üsulları olan Krok hər zaman böyük işlər görməyi sevirdi. Südlü koktely hazırlayan maşınlar satan və eyni zamanda Florida ştatında əmlak agenti işləyən Krok daima öz işində ən yaxşı olmağa çalışırdı.

MakDonald qardaşlara öz françayzinq ideyasınından bəhs edən Krok belə deyirdi:

“Ölkədəki avtomobil yollarının kənarında yüzlərlə McDonald`s restoranın olması fikri məni olduqca həyəvanlandırır.”

Ancaq MakDonald qardaşlar başlanğıcda onun bu fikrinə müsbət yanaşmırlar. Çünki Kaliforniyadakı şöbələrində yaxşı qazanc əldə edirdilər. Təkcə bir şöbənin fəaliyyət göstəməyi onlara kifayət edirdi. Ancaq Krok təkid edir, yeni şöbələrin açılışında fəal iştirak edəcəyini, onların təkcə qazanacaqları pulu düşünmələrini söyləyirdi. Bu təkidlərə qarşı gələ bilməyən qardaşlar onun təklifi qəbul edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Kork işləri böyütdü

Dərhal hazırlıqlara başlayan Ray Krok françayzinq satışına başlamazdan əvvəl nümunə bir şöbə açmağa qərar verir. Bir dostu ilə Çikaqoda 1955–ci ildə müştərək şöbə açırlar. Kaliforniyada fəaliyyət göstərən şöbə kimi buranın da vaxt və pula qənaət etməyi zəruri idi. Yeməklərin hazırlanmasında istifadə edilən bütün ləvazimatların dizaynı belə xərcləri minimuma endirmək baxımından əhəmiyyət kəsb edirdi. Ancaq hər şeydən əsası Krok qidanın keyfiyyəti ilə bağlı çox diqqətli idi. Xüsusilə qızardılmış kartof dilimləri insanlar tərəfindən çox sevildi. İnsanlar qızardılmış kartof dilimləri almaq üçün "McDonald`s"a gedirdilər.

Düzdür, Çikaqoda fəaliyyət göstərən yeni şöbə Kaliforniyadakı qədər yaxşı qazanc gətirmirdi, ancaq yenə də açıldığı ilk gündən satışları olurdu. Bu səbəbdən də bir çox insan nümayəndəlik üçün Kroka müraciət edirdi. Bir il ərzində ABŞ daxilində 11 "McDonald`s" şöbəsi açıldı. Növbəti il isə daha 25 şöbə də fəaliyyətə başladı.

Ray Krok McDonald`s şirkətini satın aldı

Bu restoranlardan əldə edilən gəlirə rəğmən Krok MakDonald qardaşlarla razılaşmadan çox da məmnun deyildi. 1961–ci ldə sirkəti satın almağı təklif edir və "McDonald`s"ı 2.7 milyon dollar müqabilində satın alır. Bu məbləğin olduqca yüksək olduğunu düşünsə də, Krok həyatının ən doğru yatırımını etmişdi.

Bu gün 37 min 855 şöbə fəaliyyət göstərir

Ray Krok 1968–ci ildə CEO vəzifəsini tərk etsə də, şirkətdə aktiv fəaliyyəti davam edirdi. 1970–ci illərdə yaşanılan iqtisadi böhran vaxtlarına baxmayaraq, şirkətin böyüməsi istiqamətində hərəkət edirdi.

“Niyə hər şeyin qiyməti daha ucuz olduğu bu vaxtlarda böyüməyə cəhd etmirsiniz” deyə şirkətin idarə heyətinə təkid etdiyi bilinir.

Krok 1984–cü ildə həyatını itirdiyi zaman 32 fərqli ölkədə cəmi 8000–dən çox McDonald`s filialı fəaliyyət göstərirdi. Hazırda isə dünya üzrə təqribən 41 822 (2023-cü il statistikası) restoran fəaliyyət göstərir. Restoran başına orta hesabla 2.2 milyon dollarlıq satış həyəta keçirən "McDonald`s" şirkətinin cari gəliri (TTM) 25,76 milyard dollardır.

Onu da xatırladaq ki, "McDonald`s" fəaliyyət göstərdiyi ölkələrə əsasən menyularda dəyişiklik edə bilər. Məsələn, bu gün "McDonald`s" restoranlarında ayran satılırsa, bu, şirkətin fəaliyyət göstərdiyi ölkənin mədəniyyətinə və milli mətbəxinə əhəmiyyət verdiyi üçündür. Misir, İndoneziya kimi ölkələrdə “halal” menyular olduğunu da deyə bilərik.

Image result for mcdonalds

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et