Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi nəticəsində çökən Avrozonada, iqtisadi inkişaf qismən bərpa olub.
Bu barədə Banco.az-a açıqlama verən Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, vəziyyətdən çıxış yolu kimi kiçik şirkətlər bir sıra addımlar atmağa məcbur oldular:
“İstər kiçik, istərsə də daha böyük sahibkarlar olsun fərq etmir, ticarət əlaqələrində geriləmə müşahidə edilərsə, o sahəyə investisiya yatırıması vacibdir. Bu addım əsasən büdcə və biznes planına uyğun olaraq atılır. Avropa ölkələrində, xüsusən də Almaniyada böyük sahibkarlar, şirkət konsernləri çətin iqtisadi dövrlərdə belə çıxış yolları taparaq bəzi sahələrdə iş yerlərindən “Home office”ə keçid edərək işlərini uzaqdan idarə etməyə başladılar. Həm böyük, həm kiçik şirkətlərdə maliyyə spekulyasiyası davamlı şəkildə olmalıdır ki, həmin biznes mühiti iqtisadi böhran zamanı ayaqda qala bilsin. Banklara “Home office” şəraitindən çalışmaq çətin olsa da, Avropada daha kiçik investisiya qabiliyyəti olan bir çox şirkətlər xərcləri azaltmaqla çətin iqtisadi dövrdən xilas olmuş oldular”.
Avropada yüksələn inflyasiyaya diqqət çəkən ekspert vurğuladı ki, 2023-cü ilin son rübünə yaxınlaşdıqca bir çox ölkələrdə zəif xarici tələbsərt maliyyələşdirmə siyasəti özünü göstərməyə başladı:
“Bu geriləməyə səbəb inflyasiya azaldıqca, maliyyə sipulyasiyasına daha çox artmasıdır. İnflyasiya azaldıqca ev təsərrüfatlarının gəlirləri bərpa olunur və xarici tələb də güclənir. 2023-cü ildə Avropa bölgəsində ümumi olaraq 0.7 faiz artım qeydə alınıb. Eyni zamanda 2024-2025 –ci il üçün 1- 1.5 faiz civarında artım proqnozlaşdırılır. Yəni, 2023-cü ilin sonlarından başlayaraq yavaş-yavaş 2025-ci ilə doğru inflyasyasız dövrün başlanması gözlənilir”.
Murad Calalov qeyd etdi ki, inflyasiyanın müddəti artdıqca o artıq devalvasiya rolunu oynamağa başlayır. Bu da vəziyyəti daha da gərginləşdirə bilər:
“Avrozonanın iqtisadi inkişafını göstərən statistikaya nəzər salsaq görərik ki, 2023-cü ildən 2025-ci ilə kimi geriləmədən irəliyə doğru inkişaf var. Avropa iqtisadiyyatının qarşısında duran əsas hədəflərdən biri də inflyasiya səviyyəsini aşağı salmaqdır. Proqnozlara görə, 2023-cü ildə orta hesabla 5.6 faiz, 2024-cü ildə 3.2, 2025-ci ildə artıq 2.1 faiz faiz inflyasiyanın aşağı həddə salınması planlaşdırılır. Əgər uzunmüddət belə davam edərsə iqtisadiyyat dirçəlməklə bərabər 2024-cü il üçün özəl və dövlət sektora qoyulan sərmayələr qarşısındakı maneələr də aradan qalxacaq”.
Qeyd edək ki, Aİ-nin gələn il üçün büdcəsi 189,3 mlrd.avro olacaq. Sözügedən büdcəyə əlavə olaraq, Aİ Komissiyası COVID-19 epidemiyasının iqtisadi təsirlərinə qarşı hazırlanan bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro yardım edəcək.Büdcə və qrant proqramı Avropanın iqtisadi dirçəlişini davam etdirmək, məşğulluğu artırmaq və strateji muxtariyyəti gücləndirmək məqsədi daşıyır.
Bizi sosial şəbəkələrdən izləyin!!