2023-cü ildə Z nəslinin sevimli brendləri bəlli olub | Banco.az

2023-cü ildə Z nəslinin sevimli brendləri bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Z nəslinin 2023-cü ildəki sevimli brendləri araşdırılıb.

Banco.az xəbər verir ki, “Piper Sandler” tərəfindən aparılan araşdırma hazırki gənclərin ən çox hansı markaları mənimsədiyini ortaya çıxarıb.

Ayaqqabı, geyim və çanta kateqoriyalarında Z nəslinin sevimli markaları hansılardır?

Sözügedən araşdırma göstərir ki, Z nəslinin bir çox kateqoriyada ən çox sevdiyi marka “Nike”dır. Belə ki, “Nike”ın rəqibləri üzərində "əzici üstünlüyə" malik olduğu və həm geyimdə, həm də ayaqqabıda gənclər arasında ən çox seçilən marka olduğunu vurğulanır.

Geyim kateqoriyasında sorğuda iştirak edən tələbələrin 35 faizi “Nike”a üstünlük verib ki, ikinci yerdə “Lululemon” (6%), üçüncü yerdə isə “American Eagle” (4%) gəlir.

Ayaqqabı kateqoriyasında sorğuda iştirak edən tələbələrin 61 faizi “Nike”ı seçib və onu müvafiq olaraq “Converse” (9%) və “Adidas”  (7%) izləyir.

Çanta kateqoriyasında sorğuda iştirak edən tələbələrin 19 faizi “Coach”a üstünlük verib, ikinci yerdə “Louis Vuitton” (11%) və üçüncü yerdə “Kate Spade” (10%) gəlir.

Araşdırma göstərir ki, lüks brendlər Z nəslinin müştərilərini cəlb etmək üçün xüsusilə “TikTok”dan istifadə edirlər.

Araşdırma həmçinin müəyyən edib ki, qadın kateqoriyalarında geyim xərcləri əvvəlki ilə nəzərən 9 faiz, ayaqqabı xərcləri isə 5 faiz azalıb. Aksessuar xərclərinin isə əvvəlki ilə nisbətən 8 faiz artdığı məlum olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram