“2022-ci ildə nağdsız ödənişlərdə bu il əldə etdiyimizin 2 qatına nail olmağı planlaşdırırıq” | Banco.az

“2022-ci ildə nağdsız ödənişlərdə bu il əldə etdiyimizin 2 qatına nail olmağı planlaşdırırıq”

“2021-ci ildə nağdsız ödənişlərlə bağlı müsbət nəticələr əldə etmişik və 2022-ci ildə gözləntilərimiz odur ki, bu il əldə etdiyimiz nəticələrin 2 qatına nail olaq”.

Bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

K.Qurbanovanın sözlərinə görə, təmassız ödənişlərlə bağlı da Azərbaycanda bir sıra irəliləyişlər əldə edilib.

AMB rəsmisi əlavə edib ki, nağdsız ödənişlərin həcminin artırılması prosesində media da dəstəyini əsirgəməməlidir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram