Müəllif: Gülnar Əhmədli, Banco.az
Banklar ənənəvi olaraq mövsümü kampaniyalarına start veriblər. Bu dəfə bankların yay kampaniyalarını bir araya yığmışıq. Banklardakı bu endirimlərdən yararlanmaq üçün məqaləni sonacan oxumanızı tövsiyyə edirik:
ABB
1. Planlarınız gələn yaya qalmasın deyə ABB-dən nağd kreditə 7%-dək endirim elan edilib.
- Digər bank kreditlərinizi ABB-dən əldə etdiyiniz kreditlə bağladıqda 5%-dək endirim;
- ABB-də aktiv krediti olmayan yeni müştərilər üçün isə əlavə 2% endirim olmaqla;
Kreditin illik faiz dərəcəsinə toplam 7%-dək güzəşt əldə edəcəksiniz!
Qeyd: Endirim faizi kredit məbləğindən asılı olaraq dəyişə bilər.
Kampaniya 31 avqust 2026 tarixinədək qüvvədədir.
Kredit şərtləri:
- İllik 10.9%-dən başlayaraq
- Müddət: 60 ayadək
- Məbləğ: 50 000 AZN-dək
2. Ani kreditlə biznesiniz üçün əlavə "Fayda" əldə edin!
Kampaniya müddətində kredit müraciəti edin və komissiyanın 50%-nə qədər “Fayda” keşbeki qazanın. Təklif yalnız kiçik və orta biznes müştəriləri üçün keçərlidir.
Kampaniyanın bitmə tarixi: 30.09.2026
3. 31 iyul 2026-cı il tarixinədək müştərilər ABB mobile-da BakıKart QR ilə ictimai nəqliyyat ödənişlərində 100% keşbek qazanacaqlar. Hər müştəri maksimum 10 gediş limiti daxilində kampaniyadan yararlana bilər.
- Kampaniyadan yalnız ABB mobile-da yaradılmış QR ilə yararlanmaq olar;
- Fiziki kartla, Apple Pay və ya Google Pay və ya digər ödəniş üsulları ilə edilən əməliyyatlara keşbek hesablanmır;
- Hər bir müştəri kampaniyadan yalnız ilk 10 gedişdə yararlana bilər;
- 10-cu uğurlu əməliyyatdan sonra növbəti gedişlər üzrə keşbek hesablanmır;
- Keşbek müştərinin Faydalı keşbek balansına yüklənir;
- Limit müştərinin CIF kodu əsasında hesablanır;
- Faktiki silinən məbləğ qədər keşbek hesablanır (100%). Fərqli marşrutlarda fərqli tariflər ola bilər (0.50 AZN - 1.30 AZN).
Yelo Bank
30 sentyabradək ilk biznes hesabı onlayn açan fərdi sahibkarlar və hüquqi şəxslər üçün aşağıdakı əməliyyatlar 0% komissiya ilə əldə edə biləcəksiniz.
- Milli valyutada ölkədaxili köçürmələr (adi və təcili);
- Hesabdan vəsaitlərin nağdlaşdırılması;
- Əməkhaqqı layihəsi üzrə köçürmələr.
Ətraflı: https://share.google/pXW2ArkM6yvz36K3l
Rabitəbank
1. Bank 33 ilinə özəl 6%-dək endirimlə Nağd Pul krediti kampaniyası elan edib.
- 50 000 AZN-dək
- 59 ayadək
- Kredit faizinə 6%-dək endirim
Kampaniya 10.07.2026-dək keçərlidir.
Ətraflı: https://rbt.az/33-il
2. Kartmane Taksit kartı ilə 31 avqusta kimi yay mövsümündə etdiyin alış-verişlərdən 3% keşbek qazana bilərsiniz.
Ətraflı: https://rbt.az/3-ay
3. Rabitəbank-ın 33 illiyi münasibətilə Lombard krediti üzrə komissiyaya 30%-dək, kredit faizinə isə 3%-dək endirim fürsəti var.
- Komissiyaya 30%-dək endirim
- Kredit faizinə 3%-dək endirim
- 100 000 AZN-dək
Kampaniya 31.07.2026 tarixinədək davam edir.
Ətraflı: https://rbt.az/33-lmbrd
Azər Türk Bank
Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başlatdığı kampaniyanı cari ilin 31 iyul daxil olmaqla, həmin tarixədək davam etdirir.
Kampaniya zamanı Banka müraciət edən şəxslər illik faiz dərəcəsi 9,9%-dən başlayan kreditlər əldə edə biləcəklər.
59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə təklif edilən zaminsiz kreditin maksimal məbləği 80 000 manatdır.
Bank Respublika
Bank Respublika lombard krediti müştəriləri üçün yeni “Ağır ol, qazan!” kampaniyasına start verib.
Kampaniya çərçivəsində müştərilər tərəfindən girov qoyulan qızıl-zinət əşyalarının çəkisi nə qədər ağır olarsa, lombard krediti üzrə tətbiq olunan faiz endirimi də bir o qədər böyük olacaq.
Kreditin şərtləri:
- Kredit məbləği – 50 000 AZN-dək
- Kredit müddəti – 48 ayadək
- Faiz dərəcəsi – illik 18%-dən
Kampaniya 31 avqsut 2026-cı il tarixədək davam edəcək.
AFB Bank
AFB Bank müştərilərinə daha sərfəli gəlir imkanı təqdim edən “Yüksək Qazanclı Əmanət” kampaniyasına start verib.
Faizlər: https://afb.az/yuksek-qazancli-emanet
2. Kreditinizi AFB Bank-a daha sərfəli şərtlərlə keçirə, digər bankdakı kreditinizi daha aşağı faiz və ya 0% komissiya ilə yeniləyə bilərsiniz.
- 6%-dək faiz endirimi
- 0%-dən başlayaraq komissiya imkanı
- Daha rahat ödəniş planı
Ətraflı: https://afb.az/refinans-kampaniyasi
Birbank
31 iyul 2026-cı ilədək yeni əldə etdiyiniz Birbank taksit kartı ilə ilk 500 AZN və ya daha yüksək məbləğdə taksit əməliyyatı edərək 50 bonus qazanacaqsınız.
Ətraflı: https://birbank.az/campaigns/ilk-taksit-50-bonus
Yapı Kredi Bank Azərbaycan
Yapı Kredi Bank Azərbaycandan ilk dəfə istehlak krediti əldə edən müştərilər 4%-dək endirimli faiz dərəcələrindən yararlana bilərlər.
Kampaniya üzrə kreditlər 10%-dən başlayan faiz dərəcələri ilə təqdim olunur.
- FİFD: min. 13.8% - max. 22.30%
- Kredit müddəti: 3-59 ay
- 1 ilədək müddət üçün nəzərdə tutulan illik faiz (10%) maks. 25000 AZN-dək olan kreditlər üçün keçərlidir.
- 13 ay və üzəri müddətlər üçün təklif edilən faizlər maksimal olaraq 150.000 AZN-dək kreditlər üçün nəzərdə tutulur.
Xalq Bank
1. Xalq Bankın təqdim etdiyi XalqKart Cashback və Petrol kartları üzrə qalığa faiz hesablanan məbləğ limiti artırılıb. 1 iyuldan etibarən XalqKartda olan 300 AZN-dən 20 000 AZN-dək qalıq məbləği kart sahibinə illik 7% olmaqla əlavə gəlir qazandıracaq. Kampaniya 31 dekabradək qüvvədədir.
2. Xalq Bank müştərilər üçün rahat və sərfəli maliyyə imkanları təqdim etmək məqsədilə yeni istehlak krediti kampaniyasına start verib. Sərfəli şərtlər müştərilərə müxtəlif istehlak təyinatlı xərclərini əlavə maliyyə yükü olmadan planlaşdırmağa imkan verir.
Kampaniyadan yararlanmaqla müştərilər zaminliklə və ya təminatsız verilən istehlak kreditini illik 15%-dən başlayan faizlərlə əldə edə bilərlər. Təminatsız kreditlər 48 ayadək və 20 000 AZN-dək, zaminliklə 59 ayadək və 30 000 AZN-dək təklif edilir. Ətraflı şərtlərlə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kreditler/istehlak
Kampaniya 30 dekabradək qüvvədədir.
Bizi sosial şəbəkələrdən izləyin!!
