2018-də Azərbaycan 2 milyard dollar kreditin cəlb olunması məqsədilə sazişlər imzalayıb | Banco.az

2018-də Azərbaycan 2 milyard dollar kreditin cəlb olunması məqsədilə sazişlər imzalayıb

Azərbaycan hökuməti 2018-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından 2 mlrd. 2,34 mln. dollar məbləğində kreditin əldə olunmasını nəzərdə tutan 6 kredit sazişi imzalayıb. Bu barədə hökumətdən məlumat verilib.

Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan 3 mlrd. 420,98 mln. dollar ümumi məbləğdə 8 kredit sazişi imzalayıb.

“2018-ci 7 layihənin maliyyələşdirilməsi məqsədilə 2 mlrd. 2,34 mln.dollar məbləğində 6 saziş imzalanıb”, - hökumətdən bildiriblər.

Xüsusilə, ötən il Azərbaycan hökuməti AYİB ilə  450 mln. dollar, AİB ilə 400 mln.dollar məbləğində 2 saziş imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair (750 mln.dollar), Credit Suisse AG bankı ilə (134 mln. İsveçrə frankı), "Qazprombank" ilə (260 mln. dollar) məbləğində saziş imzalanıb.

Kredit vəsaiti “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi, dəmir yollarının inkişafı, Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidənqurulması, kimya sənayesinin modernləşdirilməsi, dəmir yolları parkının yenilənməsi məqsədilə cəlb olunub.

Ümumilikdə, 1994-2018-ci illər ərzində Azərbaycan hökuməti dövlət zəmanəti ilə 14 mlrd. 169 mln. dollar məbləğində kredtlərə dair sazişlər imzalayıb. Bu vəsaitin 12 mlrd. 393,9 mln.dolları sərf olunub.

İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et