“Bitcoin”də mühüm dəyişiklik: iki hissəyə bölündü | Banco.az

“Bitcoin”də mühüm dəyişiklik: iki hissəyə bölündü

Bitkoin virtual kriptovalyutası çinli maynerlər (kriptovalyuta hasilatçıları) qrupunun müdaxiləsindən sonra iki kriptovalyutaya bölünüb. 

"Reuters" agentliyinə istinadən xəbər verilir ki, bundan sonra "Bitcoin Cash" və adi "Bitcoin" tədavülə davam edəcək. 

Bölünmənin səbəbi kimi çinli maynerlərin ilkin bitkoinin yeni iş protokollarından narazı olması göstərilir. Ekspertlər yeni protokolun tətbiqi nəticəsində kriptovalyuta şəbəkəsinin iş qabiliyyətinin və əməliyyat sürətinin artacağını ehtimal edirlər. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bölünmədən sonra "Bitcoin Cash" 146,37 dollara, "Bitcoin" isə 2 729 dollara satılmağa başlayıb. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et