1500-2000 manatlıq iş təklifi | Banco.az

1500-2000 manatlıq iş təklifi

Parabank Marketinq menecmenti üzrə vakansiya elan edir.

Namizədə tələblər

- Ali təhsilin olması 

- Marketinq və ya PR sahəsində minimum üç illik təcrübəyə malik olması 

- Marketinq və bazar araşdırmalarını dərindən bilməli 

- Şöbənin işlərini planlaşdırma bacarığına malik olması 

- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti 

- Rus, ingilis dillərində sərbəst danışıq bacarığı 

- Komputer proqramlarını dərindən bilməsi

Müraciət edən şəxslər 1-5 illik təcrübəyə sahib olmalı, 30-45 yaş arası olmalıdır. 

İş barədə məlumat

- Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək 

- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək 

- Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək 

- Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək 

- Satışın təşkilinə köməklik etmək 

- Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək 

- Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək 

Ən sərfəli kredit üçün müraciət et

- Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək 

- Bankın broşuralarının və illik hesabatının hazırlanması 

- Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət 

- Bankda keyfiyyətə nəzarət işini təşkil etmək 

- Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək 

- Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması 

- Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək 

- Satışa dəstək ola biləcək digər bütün işlər.

Əgər vakansiya sizə uyğundursa 24 Dekabr 2014-cü il tarixindən gec olmamaq şərtilə cv-nizi [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni qeyd etməklə göndərə bilərsiniz.   

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

   

Ən sərfəli krediti almaq üçün müraciət et