Hazırda sənaye zonalarında 150-200 milyon dollarlıq yeni layihələrin həyata keçirilməsi imkanlarına baxılır.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, layihələr üzrə danışıqlar yekunlaşmaq üzrədir və artıq bir sıra layihələr bu il Sumqayıt Kimya-Sənaye Parkında fəaliyyətə başlaya bilər.
Nazir iqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!