Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Bank BTB", "Unibank", "Nikoyl Bank", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Muğan Bank", "Günay Bank", "Naxçıvan Bank", "Bank Silk Vey", "Kapital Bank", "Zıraat Bank Azərbaycan", "Express Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Bank BTB"də (5 dəfə), ən aşağı dinamika isə "AGBank"da (6,6%) qeydə alınıb.
1 bankın - "Access Bank"ın qeyri-faiz zərəri 23,5% artıb.
1 bank - "Bank VTB Azərbaycan" bu ilin ilk 9 ayında qeyri-faiz əməliyyatlarından zərər etdiyi, ötən ilin ilk 9 ayında isə gəlir əldə etdiyi üçün onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 15 bankın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox azalmaq Pakistan Milli Bankının Bakı filialında (demək olar ki, 100%), ən az azalma isə "AFB Bank"da (8,2%) qeydə alınıb.
4 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 2-si qeyri-faiz əməliyyatlarından zərər edib.
Bunlar "Bank VTB Azərbaycan" və "Access Bank" dır. Adı çəkilən bankların qeyri-faiz zərəri müvafiq olaraq 5,512 milyon manat və 7,473 milyon manat olub.
Qalan 28 bank isə müxtəlif məbləğlərdə qeyri-faiz gəlirləri əldə edib. Onlardan 4-də sözügedən göstərici 20 milyon manatdan çoxdur. Həmin banklar "Kapital Bank" (110,73 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (80,716 milyon manat), "AGBank" (23,464 milyon manat) və "PAŞA Bank"dır (22,352 milyon manat).
Qalan 24 bankdan 5-də qeyri-faiz gəlirləri 10-20 milyon manat arasında, 17 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
© Renkinq