Azərbaycan Gürcüstandan avtomobil alışını 40 % azaldıb | Banco.az

Azərbaycan Gürcüstandan avtomobil alışını 40 % azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 181 milyon ABŞ dolları dəyərində 6 771 ədəd avtomobil ixrac edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq - 40 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 287 milyon ABŞ dolları dəyərində 92 713 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 5 % çoxdur.

Bu ilin ilk 10 ayında Gürcüstandan Qırğızıstana 1 milyard 166 milyon ABŞ dolları dəyərində 35 225 ədəd, Qazaxıstana 639,23 milyon ABŞ dolları dəyərində 37 093 ədəd, Tacikistana 118 milyon ABŞ dolları dəyərində 5 578 ədəd, Özbəkistana 60,5 milyon ABŞ dolları dəyərində 2 081 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.