Qlobal xam polad istehsalına Çinin təsiri | Banco.az

Qlobal xam polad istehsalına Çinin təsiri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mərkəzi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) oktyabr ayı üzrə xam polad istehsalı göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, buna görə, qlobal xam polad istehsalı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,9% azalaraq 143,3 milyon tona geriləyib.

Ötən ay dünyanın ən böyük polad istehsalçısı olan Çinin istehsalı 12,1% azalaraq 72 milyon tona düşüb.

Oktyabrda Yaponiyanın istehsalı 1% azalaraq 6,9 milyon tona enib, ABŞ-ın istehsalı isə 9,4% artaraq 7 milyon tona yüksəlib.

Almaniyanın istehsalı oktyabr ayında 3% azalaraq 3,1 milyon tona düşüb, Cənubi Koreyanın istehsalı isə 5,8% azalaraq 5,1 milyon tona enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram