Mühafizə-rejim və əməyin təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Kapital Bank

Mühafizə-rejim və əməyin təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Təhlükəsizlik departamentinin Mühafizə-rejim və əməyin təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Departament direktoru, direktor müavini və şöbə rəisinin göstərişlərini yerinə yetirmək;
  • Buraxılış və rejim məsələləri ilə bağlı qüvvədə olan Bankdaxili nornativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Qonaqların binaya daxil olmasına nəzarət etmək və onların yoxlanılmasını həyata keçirmək;
  • VİP statsulu qonaqları müvafiq mərtəbələrdə müşayiət etmək;
  • Əməkdaşların öz kartlarından düzgün istifadə etməsinə nəzarət etmək.
  • Buraxılış və rejim üzrə işin təkmilləşdirilməsi ilə bağlı rəhbərlik qarşısında təkliflərlə çıxış etmək;
  • Banka gətirilən və aparılan qiymətlilərə və yüklərə nəzarət etmək;
  • Bankın rəhbər şəxlərinin və əməkdaşların təhlükəsizliyini təmin etmək;
  • Fövqəladə hallar zamanı dərhal şöbə rəisinə məlumat vermək və təxirəsalınmaz tədbirlər görmək;
  • Məxfiçilik qaydalarına riayət etmək.

Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • Boyu 170+
  • Diqqətlilik
  • Azərbaycan dili əla, Rus dili arzuolunandı
  • Komandada işləmə bacarığı 


Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et