Xəzinədarlıq departamenti, Dilinq şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Bank BTB

Xəzinədarlıq departamenti, Dilinq şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Xəzinədarlıq departamenti, Dilinq şöbəsi, Kiçik mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Xəzinədarlıq departamenti, Dilinq şöbəsinin kiçik mütəxəssisi

İş barədə məlumat:

  • Bank “BTB” ASC-nin daxili qaydalarına və Xəzinədarlıq departamenti haqqında Əsasnaməyə uyğun olaraq, səlahiyyətləri daxilində departamentin ümumi işinin təşkil edilməsində iştirak edir
  • Birbaşa rəhbərin tapşırığı ilə səlahiyyət limitləri çərçivəsində qiymətli kağızlar, pul və valyuta bazarlarında əqdlərin bağlayır;
  • Bankın və onun filialların valyuta mövqeyini idarə edilməsi üzrə ona həvalə edilmiş işləri icra edir;
  • Valyuta mübadiləsi əməliyyatlarına və onların gəlirliliyinin təmin edilməsi;
  • Banklararası bazarda nağd və nağdsız valyuta alqı-satqısının həyata keçirilməsi;
  • Bank və onun filialları üçün gündəlik nağd və nağdsız valyuta məzənnələrinin müəyyən edilməsi;
  • Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
  • Dövrü audit yoxlamalarından yaranmış tələblərin icrasını təmin edir;
  • Şöbəyə daxil olan məktublar əsasında araşdırmalar aparılması, müvafiq arayışların hazırlanmasını təşkil edir;

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadi/Biznes üzrə);
  • Bank Qanunvericiliyinə dair ümumi biliklər;
  • Ən azı 1 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
  • Rus və İngilis dillərini bilməsi üstünlük sayılır;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
  • Analitik düşüncə;
  • Operativlik.
  • MS Office proqramlarında işləmək biliyi; Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Xəzinədarlıq departamenti, Dilinq şöbəsinin kiçik mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et