Marketinq üzrə aparıcı mütəxəssis | Banco.az
Expressbank

Marketinq üzrə aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Kampaniya və məhsul/xidmətlər üçün kommunikasiya planı hazırlamaq;
  • Kommunikasiya və marketinq fəaliyyətinin inkişafı üçün təkliflər vermək, xərclərin effektivliyinə nəzarət etmək və hesabat hazırlamaq;
  • Marketinq fəaliyyətinin qaydalara uyğun olmasını təmin etmək;
  • Rəqiblərin fəaliyyətini izləmək, bazar araşdırmasında iştirak etmək;
  • Effektiv reklam kanallarını araşdırmaq, fəaliyyətini təmin etmək;
  • Reklam və sponsorluq təkliflərini təhlil etmək, əməkdaşlıq üçün lazımi tədbirləri həyata keçirmək;
  • Yeni layihə təklifləri hazırlamaq və icrasını həyata keçirmək;
  • Marketinq trendlərini izlənmək və onların tətbiqi ilə əlaqədar təkliflər hazırlamaq;
  • Bankın fəaliyyətinin inkişaf etdirilməsi üçün digər struktur bölmələri / kənar şirkətlər ilə koordinasiyalı şəkildə işləmək.

Tələblər

  • Ali təhsil;
  • Analoji sahə üzrə minimum 2 il təcrübə;
  • MS Office (Outlook, Word, Power Point, Excel və s.) proqramlarını bilmək;
  • Təşəbbüskar və yaradıcı;
  • Strateji düşünmə və problemləri həll etmə bacarığı;
  • Detallara yönümlülük;
  • Azərbaycan və ingilis dilində peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et