Filial müdiri (Mingəçevir) | Banco.az

Filial müdiri (Mingəçevir)

Vakansiya haqqında məlumat: 

Bazarın liderlərindən biri olan GL ASC (Sizin Lombard) Mingəçevir  şəhərində yerləşən, mövcud həmçinin yeni açılacaq  filiallar üzrə Filial Meneceri  vəzifəsinə işçi qəbulu elan edir. Karyeranızı bu sahədə görür və bu istiqamətdə bilik və bacarıqlarınızı  inkişaf etdirmək istəyirsinizsə, size peşəkar komandamıza qoşulmağa dəvət edirik

Əsas vəzifələr:

Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;

Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;

Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;

Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;

Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;

Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;

Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

Ali təhsil

Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

Yaş həddi 25-50 (yalnız bəy namizədlər)

Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

İş qrafiki:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Ə/h: razılaşma yolu ilə və əlavə olararq əməkhaqqının iki misli  qədər bonus əldə etmək imkanı.

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial müdiri” başlığı ilə  [email protected]  elektron ünvanına göndərməkləri xahiş olunur.

Ünvan

AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A

Əlaqə nömrəsi               

Vebsayt(+994 51) 2303407     

www.sizinlombard.az                 

Email

[email protected]

Şirkət: 
GL ASC

Ən sərfəli krediti almaq üçün müraciət et