Turanbank
Biznes kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis / böyük mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis / şöbə müdiri
Vakansiya haqqında məlumat:
Biznes kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis / böyük mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis / şöbə müdiri ( Bakı , Sumqayıt şəhərləri və Xaçmaz, Qazax, Tovuz, Zaqatala, Göyçay, Ağstafa rayonları üzrə )
Vəzifəyə olan tələblər:
- 21-35 yaş;
- Ali təhsil;
- Azərbaycan dilini bilmək (ingilis və rus dilini bilmək arzu olunandır);
- Riyazi düşüncə, təhliletmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlilik və çevik qərar vermə bacarığı;
- Yüksək ünsiyyət qurma və komandada işləmə bacarığı;
- MS office proqramlarında işləmək bacarığı;
- İş təcrübəsi olan və təcrübəsi olmayan namizədlər;
- Banklarda, bank olmayan kredit təşkilatlarında və lombardlarda işləyən namizədlərə üstünlük verilir;
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb olunması və kredit məhsuları barədə məlumatlandırılma;
- Kredit müraciətləri ilə bağlı biznes təhlilin aparılması;
- Biznes təhlilləri ilə bağlı hesabatların hazırlanması və komitəyə təqdim edilməsi;
- Müştərilərə kredit məhsullarına dair məsləhətlərin verilməsi;
- Kredit portfelinin formalaşdırılması və idarə olunması;
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə "Biznes kreditləri bölməsinin mütəxəssisi" yazmağı unutmayın.
Bizi sosial şəbəkələrdən izləyin!!