Rabitəbank Master Card istifadəçilərinə Nyu-Yorka səyahət imkanı qazandırır! | Banco.az

Rabitəbank Master Card istifadəçilərinə Nyu-Yorka səyahət imkanı qazandırır!

Rabitəbank ASC-nin Master Card-larından alış-veriş zamanı istifadə edən müştərilər “Qiymətsiz Ustünlüklər” adlı tirajlı stimullaşdırıcı lotereyanın iştirakçısı olmaqla müxtəlif hədiyyələrin sahibi olmaq şansı əldə edəcəklər.   

03 Aprel – 03 İyul 2015-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində Master Card-la nağdsız POS terminallar və ya elektron olaraq həyata keçirilən və dəyəri 1 AZN və daha yuxarı olan bütün əməliyyatlar kart sahibinə uduş şansı yaradır. Əməliyyatlar “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda aparılmalıdır. Biletlər virtual şəkildə avtomatik olaraq müştərilərin iş kodlarının əsasında müəyyənləşir. Həyata keçirilən 1 nağdsız əməliyyat bir bilet şansı qazandırır, Biletlər əməliyyatların sayına uyğun olaraq formalaşır: 15 ödəniş edən müştəri 15 bilet şansı əldə edir.

Uduş fonduna aşağıdakı hədiyyələr daxildir: 8 ədəd iPhone 6, 20 ədəd hər biri 100 AZN məbləğində hədiyyə sertifikatı; və uduş fondunun ən dəyərli hədiyəsi olan Nyu-Yorka iki nəfərlik səyahət paketi. Hədiyyə sertifikatları yalnız partnyorların şəbəkədaxili mağazalarında istifadə oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

Səyahət paketə iki nəfərlik dörd gecəlik dörd ulduzlu otel qonaqlaması və aeroport-şəhər-aeroport transfer xərcləri daxil olmaqla iki nəfərlik Bakı-Nyu-York gediş-gəliş aviabileti, bələdçi müşayiəti ilə Nyu-York şəhəri turu, həmçinin MasterCard ilə alış-veriş üçün 1,000 AZN MasterCard tərəfindən qalibin plastic kartina təmin ediləcəkdir. Uduşlar pul ilə əvəzlənə bilməz.

Qaliblərin seçimi 10 iyul 2015-ci il tarixində “McCann Erickson” tərəfindən xüsusi proqram vasitəsilə təsadüfi seçim prinsipi əsasında həyata keçiriləcəkdir.  

Lotereya haqqında ətraflı məlumatla MasterCard şirkətinin rəsmi internet səhifəsində tanış ola bilərsiniz.