Hər ayın sonunda kommunal xidmətlər, kredit borcları və digər ödənişlərin yerinə yetirilməsi üçün vaxtımızın xeyli hissəsini ayırmalı oluruq. Lakin indi, Bank Respublika-nın yeni Avto ödəniş xidmətindən istifadə etməklə, qiymətli vaxtımızı qənaət edib daha faydalı işlərə sərf etmək olar.
Bankda qeydiyyatdan keçib “İnternet Şöbə” xidmətinə qoşulduqdan sonra, istifadəçilər onalyn-bankçılıq üzrə bir sıra innovativ xidmətlərdən istifadə edə biləcəklər. Həmin xidmətlərdən biri şablon və avtoödənişlər üçün moduldur.
Kommunal ödənişlərə dair məlumatlarınızı daxil etdikdən sonra, yeni proqram xidmət üzrə yaranmış borcu Sizə göstərəcək və Avtoödəniş üçün 2 opsiya təklif olunacaq.
Birinci opsiyada avtomatik ödəniş müəyyən tarix və dəyişməz məbləğdə nəzərdə tutulur (internet, kabel televiziyası, kreditlər və s.). İkinci opsiya dinamik olduğu üçün maksimal ödəniş məbləğinə limitin qoyulmasına imkan verir, ödəniş isə borc yarandıqca həyata keçiriləcək (elektrik, telefon balansı və s.).
Bundan əlavə, yaradılmış şablonu dəyişmək və ya ödənişi öz istəyinizlə dərhal yerinə yetirmək olar. Həmçinin, avtoödənişi kredit kartları, hesab və digər kartlara mədaxil, kredit borclarının ödənilməsinə quraşdırmaq mümkündür.
Beləliklə, kommunal xidmətlərin ödənişlərini bütövlikdə banka etibar etməklə, vaxtınızı yaxınlarınıza həsr edə bilərsiniz.
İnternet Şöbə xidməti www.bankim.az ünvanında fəaliyyat göstərir.