“Bank Technique”in kart sahibləri üçün yeni xidmət – vəsaitlərin ani mədaxili | Banco.az

“Bank Technique”in kart sahibləri üçün yeni xidmət – vəsaitlərin ani mədaxili

“Bank Technique” ASC xidmət proseslərini təkmilləşdirməkdə davam edir və bu məqsədlə vəsaitlərin bank kartlarına ani mədaxili xidmətini yaradıb. Bundan sonra plastik kartlara köçürülən məbləğ bir neçə dəqiqədən sonra müştəri tərəfindən istifadə edilə bilər.

Yeni xidmət “Bank Technique”in bütün kart sahibləri üçün nəzərdə tutulub. Bunun üçün müştəri Bankın filialına yaxınlaşaraq, kartını və yerləşdirmək istədiyi vəsaiti təqdim etməlidir.

“Bank, stabil olaraq, xidmətlərin keyfiyyətinin və sürətinin artırılması üzərində çalışır. Əməliyyatın təhlükəsizliyi və risklərin azaldılması məqsədilə indiki mərhələdə köçürülən məbləğin dərhal istifadəsi, plastik kartı filiallarda yerləşən POS-terminaldan keçirdikdən sonra mümkündür”, - “Bank Technique”in Bank kartları şöbəsinin müdiri Fərid Babayev deyir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün:

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.