“Bank Technique” ASC korporativ müştərilər və onların işçi heyətinin rahatlığını artırmaq və pərakəndə kredit biznesinin inkişaf etdirilməsi məqsədilə Bankın əmək haqqı kartları sahiblərinə sadələşdirilmiş kredit şərtləri təklif edir.
Belə ki, müəssisədə 6 aydan artıq çalışan, Bankın əmək haqqı kartları sahiblərinə maaşın 90% miqdarında kredit xətti sadələşdirilmiş şərtlərlə, yalnız şəxsiyyət vəsiqəsi ilə açılır. Bu zaman kredit xəttinin illik faiz dərəcəsi – 24%, müddəti – 12 ayadəkdir.
Bundan əlavə, “Bank Technique” müştərinin şəxsi hesabı üzrə əmək haqqının 3 və 5 mislində kreditlər də təklif edir. Müştərilərə Maaşın 5 mislində kredit həmkarın zaminliyi əsasında ayrılır. Bu növ kreditlərin şərtlərinə gəldikdə, kreditin illik faiz dərəcəsi 26%, müddəti 24 ayadək təşkil edir.
Bankın İdarə Heyətinin birinci müavini Yaşar Səfərov yeni layihəni şərh edərkən bildirib ki, layihə, bir tərəfdən, “Bank Technique”in gəlirliyinin artırılmasına, digər tərəfdən isə tərəfdaş müəssisələrdə çalışanlara kredit şərtlərinin asanlaşdırılmasına yönəlib və Bank gələcəkdə də bu istiqamətdə işini davam etdirəcək.
Qeyd edək ki, kreditləşmə Bank və təşkilat arasında imzalanmış tərəfdaşlıq müqaviləsi əsasında aparılır.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 31 filial və 22 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.