“Bank of Baku” Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına üzv oldu! | Banco.az

“Bank of Baku” Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına üzv oldu!

“Bank of Baku” Azərbaycanın tanınmış şirkət və müəssisələrinin təmsil olunduğu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına üzv olub. Üzvlük barədə xüsusi diplom “Bank of Baku”-nun İdarə Heyəti Sədrinin müşaviri Səttar Əliyevə təqdim edilib. Diplom Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tərəfindən imzalanıb. “Bank of Baku” əmindir ki, konfederasiya çərçivəsində həm biznes subyektlərinin, həm də fiziki şəxslərin mənafeyinin  qorunması istiqamətində faydalı və məhsuldar iş görüləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən qeyri-kommersiya təşkilatıdır. Konfederasiya dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir.

Ən sərfəli kredit üçün müraciət et