“Bank of Baku” 31 dekabr 2013-cü il –1,2,3,5, 6 yanvar 2014-ci il tarixlərində bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edir. Lakin müştərilərin artan tələbatını nəzərə alan“Bank of Baku” bildirir ki, 4 yanvar 2014-cü il tarixində aşağıda qeyd olunmuş filiallar tam iş günü olmaqla vətəndaşların xidmətində olacaq:
- MXD ( Baş ofis)
- Mərkəz filialı
- Azneft filialı
- Nəsimi filialı
- Əhmədli filialı
- Neftçilər filialı
- Bakıxanov filialı
- Babək filialı
- Otoplaza filialı
- Sumqayıt filialı
- Səməd Vurğun
4 yanvar 2014-cü il tarixində aşağıda qeyd olunmuş filiallar yarım iş günü (09:00-dan 13:00-dək) müştərilərin xidmətində olacaq:
- Lənkəran filialı
- Gəncə filialı
- Şəki filialı
- Xaçmaz filialı
- Şirvan filialı
Bayram günlərində “Bank of Baku”-nun ödəniş terminalları və MilliÖn terminalları həftənin 7 günü 24 saat rejimində müştərilərin xidmətində olacaq.
“Bank of Baku” bildirir ki,28 dekabr 2013-cü il tarixində bank yarım iş günü (09:00-dan 13:00-dək) rejimində fəaliyyət göstərəcək. 29-30 dekabr tarixlərində isə bank tam gün işləyəcək.
“Bank of Baku” Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə firavanlıq və rifah arzu edir!
Əlavə məlumat üçün: 145 Məlumat Mərkəzi və ya https://www.facebook.com/bankofbaku