“Bank of Baku” “Caspian European Club” təşkilatına daxil oldu! | Banco.az

“Bank of Baku” “Caspian European Club” təşkilatına daxil oldu!

“Bank of Baku” nüfuzlu yerli və xarici şirkətlərin təmsil olunduğu “Caspian European Club” təşkilatına daxil olub. “Bank of Baku” “Caspian European Club”-da qızıl üzv qismində təmsil olunacaq. Üzvlük barədə xüsusi sertifikat “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayevə təqdim edilib. Sertifikatı klubun iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Naziri Samir Şərifov təqdim edib. “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev bildirib ki, bank klubun üzvü olan nüfuzlu şirkətlər arasında olmaqdan məmnundur. “Əminik ki, klub çərçivəsində aparılan ünsiyyət və əməkdaşlıq bütün iştirakçılar üçün faydalı olacaq. “Caspian European Club” biznesin təşəkkülü, inkişafı və əlaqələndirilmiş fəaliyyəti istiqamətində uğurlu platforma rolunu oynayır və biz burada yeni tərəfdaş və dostlar qazanmağa şadıq”,-deyib Elçin İsayev.

Ən sərfəli kredit üçün müraciət et

“Caspian European Club” klubu öz sıralarında 50 ölkədən olan 5000-dən çox şirkət, maliyyə təsisatı və korporasiyanı birləşdirir. Klubun əsas məqsədi iqtisadiyyat, enerji, kömrük,vergi, ekologiya sahəsində ortaq proqramların işlənib hazırlanmasıdır. “Caspian European Club” klubu əsasən Xəzər, Qara dəniz və Baltika regionlarında fəaliyyətə xüsusi üstünlük verir.

Ən sərfəli krediti almaq üçün müraciət et