“AtaBank”ın “AtaNet” internet bankçılıq məhsuluna böyük maraq var | Banco.az

“AtaBank”ın “AtaNet” internet bankçılıq məhsuluna böyük maraq var

Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC özünün “AtaNet” internet bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi. İlk təqdimat cari ilin fevral ayında keçirilmişdir. Bu dəfə isə tədbirdə bankın həm fiziki, həm də hüquqi şəxs olan müştəriləri iştirak etmişdir.  Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. Yenilik isə ondan ibarətdir ki, “AtaNet” məhsulu ASAN imza ilə inteqrasiya olunmuş ilk internet bankçılıq məhsuludur. Bu məhsul korporativ biznes nümayəndələrinin, fərdi sahibkarların və VIP müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır. “AtaNet” ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir bankçılıq sistemidir. Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün sadəcə Bankın veb-səhifəsinə daxil olmaq lazımdır. Tədbirdə çıxış edən Sədr müavini Etibar Babaşlı qeyd etmişdir ki, Bank müştərilərinə daim innovativ məhsullar təqdim edib və edəcəkdir. Sürətlə inkişaf edən Bankın cari ilin ilk 9 ayının nəticələrinə görə aktivlərinin 458,6 mln manat, kredit portfelinin 336,1 mln manat, məcmu kapitalının 60,1 mln manat və mənfəətinin 7,8 mln manat olduğunu vurğulayan Sədr müavini əlavə etmişdir ki, Bank hal-hazırda 2015-2018-ci illər üçün İnkişaf üzrə Strateji Planı hazırlamaqdadır. “AtaBank”ın gələcək illərdə də müştərilərin ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan, təkcə bank deyil, bütün maliyyə məsələləri üzrə dost qurum olaraq qalacaqlarını bildirərək cənab Babaşlı çıxışını yekunlaşdırmışdır.  

Ən sərfəli kredit üçün müraciət et

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com  və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et