“AtaBank” ASC oktyabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində təşkil edilmiş " Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə iştrak etmişdir. Tədbirdə Mərdəkan qəsəbəsində fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir. 2013-cü il ərzində “AtaBank” ASC vasitəsilə sahibkarlıq subyektlərinə 16,902 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına təqribən 600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, "AtaBank" 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bank tərəfindən bu günə kimi 72 milyon manat güzəştli kredit verilib.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.