“Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan” 2016-cı ildə səmərəli və şəffaf fəaliyyətinə görə Gürcüstanda bir neçə nominasiyanın qalibi olub.
“ABB-Gürcüstan” bu ölkədə 1995-ci ildən fəaliyyət göstərən “GeorgianTimes” media holdinq və GORBİ ictimai rəy və marketinq araşdırma şirkətinin rəyləri, eləcə də hökumət rəsmiləri, QHT-lər və müstəqil ekspertlər arasında aparılan rəy sorğusuna əsasən qalib seçilib.
Bank şəffaflıq, daimi tərəqqi, hər tərəfli bank xidmətləri və ictimai məsuliyyət göstəricilərinə görə, universal və dinamik inkişaf edən bank standartları əsasında etibarlılıq və müasir bank sisteminin yüksək dərəcəsi nominasiyalarının qalibi olub.
Mükafatın təqdimatı mərasimində bildirilib ki, “ABB-Gürcüstan” ölkənin bank sektorunda aparıcı yerlərdən birini tutur, iri korporativ müştərilər üçün əsas müştəri bazasıdır.