Google axtarış nəticələri üçün mobil versiyanı yeniləyir | Banco.az

Google axtarış nəticələri üçün mobil versiyanı yeniləyir

Google mobil axtarış dizaynını yeniləyir. Yeni axtarış nəticələri saytları ön plana çıxaracaq.

Google şirkəti axtarış nəticələrinin mobil versiyasınının görünüş tərzində hər bir hiperlink-in mənbəyini daha yaxşı vurğulamaq məqsədilə diqqət çəkəcək dəyişiklər etməyə hazırlaşır. Google – ın mobile axtarış nəticələri bu yaxınlarda axtarışa verilən veb saytın loqo və adını göstərəcək şəkildə yenilənəcək. İndiyə qədər isə veb saytların adı axtarış nəticəsində görünən hiperlinklərin yanına kiçik şriflərlə yazılır və axtarış nəticələrinin mənbəyi kifayət qədər vurğulanmırdı. Yeni dizayn yaxın günlərdə istifadəyə veriləcək. Şirkətdən bildirilənə görə, yeni xüsusiyyət ilk olaraq Google tətbiqi və veb axtarışları daxil olmaqla mobil cihazlarda tətbiq ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Yeni dizaynla birlikdə Google-ın mobil axtarış nəticələri müəyyən br mövzu ilə bağlı daha çox informasiyanı siyahılaşdıraraq xəbər axışı kimi görünməyə başlayacaq. Məlumatların mənbəyini vurğulamaq saxta informasiyaların gedərək daha çox yayıldığı bu günlərdə xüsusilə əhəmiyyət daşıyır.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et