Türkiyədə bu sosial şəbəkəyə giriş bağlandı | Banco.az

Türkiyədə bu sosial şəbəkəyə giriş bağlandı

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

Banco.az xəbər verir ki, “Meta” tərəfindən “X”ə rəqib olaraq buraxılan “Threads” tətbiqi Rəqabət Qurumunun qərarı ilə aprelin 29-dan etibarən türkiyəli istifadəçilər üçün bağlanılıb.

Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbiq “Meta” şirkətinə məxsus İnstaqramdan yeni istifadəçinin məlumatlarını avtomatik götürür.

Meta rəhbərliyi açıqlama yayıb ki, “Threads” fəaliyyətini bərpa edərsə, profili “deaktiv etmək” seçimini seçməklə istifadəçi mesajları yenidən əlçatan olacaq.

Qeyd edək ki, bazar ertəsi mobil şəbəkə və ya Wi-Fi istifadə edərkən sosial şəbəkəni açmaq cəhdləri uğursuz olub. Hazırda tətbiqə VPN-lə də giriş mümkün deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et