Ölkə banklarının faiz gəlirləri 16%-dən çox artıb | Banco.az

Ölkə banklarının faiz gəlirləri 16%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin aprel ayının əvvəlinə Azərbaycan bankları 962.6 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 1.5 dəfə, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 16.3% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği bu ilin yanvar ayının əvvəlində 3 milyard 492 milyon manata, fevral ayının əvvəlində 321 milyon manata, mart ayının əvvəlində isə 641.7 milyon manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə kreditlər üzrə faiz gəlirləri isə 729.1 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et