Ukraynanın dövlət borcu 150 milyard dolları ötüb | Banco.az

Ukraynanın dövlət borcu 150 milyard dolları ötüb

Müəllif:Ayşən İmanova/Banco.az

Ukraynanın dövlət borcu 151 milyard 291 milyon 800 min dollar təşkil edir.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti  məlumat yayıb. 

"31 mart 2024-cü il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcu 5,924,25 milyard UAH və ya 151,05 milyard ABŞ dolları təşkil edib", - deyə Ukrayna Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, onlardan 108,09 milyard dövlət borcu və zəmanətli daxili dövlət borcu kateqoriyalarına daxildir.

Qeyd edək ki, təkcə mart ayında dövlətin adından cəlb olunan borcun məbləği 7,36 milyard dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et