Şərtlər Toplusu | Banco.az

Şərtlər Toplusu

1. Şərtlər toplusuna razılıq verməklə Siz aşağıdakı şərtləri qəbul etmiş olursunuz.

a. Kredit sifarişi verildikdən sonra sizin məlumatlar Banco.az onlayn kredit sifarişi xidmətinə qoşulmuş olan müvafiq banka (banklara) ötürülür . Krediti əldə etmək ümün Bank ( banklar) sizdən müvafiq sənədlər( iş yerindən arayış, əmək haqqı çıxarışı və s.) tələb etmək haqqında malikdir.Bununla Siz bu sənədləri banka təqdim etməyə hazır olduğunuza razılıq bildirirsiniz.

b. Bank sizə kreditin ayrılması haqqında qərar vermək üçün Sizin haqqınızda Mərkəzi Bankın Mərkəzi Kredit Reyestrinə müraciət edə bilər və Sizin kredit tarixçəniz haqqında informasiya əldə edə bilər. Şərtlər toplusunu qəbul etməklə Siz Banka Mərkəzi Kredit Reyestrinə sizin haqqınızda məlumat əldə etməsinə razılıq vermiş olursunuz.

c. Bank sizin məlumatları,kredit tarixçənizi, gəlirlərinizi və digər məqamları araşdırdıqdan sonra kreditin verilməsi haqqında mənfi qərar vermək haqqında malikdir.

d. Onlayn Kredit Sifarişi bölməsində bankların kreditləri və digər məhsulları haqqında verilən informasiyaya görə Banco.az saytı məsulliyət daşımır.

e. Kreditin istifadəçiyə (müştəriyə) verilib-verilməməsi birbaşa olaraq bankın vəzifəsi və məsuliyyət daxilindədir və bu qərarın verilməsi ilə bağlı Banco.az saytı heç bir öhdəlik və məsuliyyət daşımır.

f. Şərtlər toplusuna razılıq verməklə Siz, müraciət anketində qeyd etdiyiniz email ünvanına Banco.az saytı tərəfindən elanların, xəbərlərin göndərilməsinə razılıq verirsiniz.

g. Şərtlər toplusuna razılıq verməklə Siz, müraciət anketində qeyd etdiyiniz mobil telefon nömrəsinə Banco.az saytı tərəfindən sms məlumatların göndərilməsinə razılıq verirsiniz.

h. Sifariş göndərildikdən sonra yaranacaq hər hansı bir problemə, bank tərəfindən kreditin verilməsində gecikmələrə və digər məsələlərə görə Banco.az saytı məsuliyyət və öhdəlik daşımır.

i. Şərtlər toplusu ilə razılaşmaqla Siz, müraciət formasında qeyd etdiyiniz bütün məlumatların 3-cü tərəflə(bank, kredit təşkilatı) paylaşılmasına razılıq vermiş olursunuz.

j. İstifadəçi tərəfindən Müraciət formasında qeyd edilən yalnış,səhv və təhrif olunmuş məlumatlara görə Banco.az saytı məsuliyyət daşımır.

Ən sərfəli krediti almaq üçün müraciət et