Layihə haqqında | Banco.az
banco.az

Kifayət qədər məlumatın olmaması şəraitində qərar qəbul etmək - ən çətin işlərdən biridir, xüsusən də bu qərar Sizin şəxsi vəsaitlərinizə və ya biznesinizə aiddirsə. Pulları kimə etibar etmək və harda saxlamaq, hansı maliyyə təşkilatından kredit almaq, pul vəsaitlərini sürətli və etibarlı necə göndərmək olar və s.? Hər gün minlərlə insan bu suallara cavab axtarır.    

«Bilmədiyin şeyi heç vaxt eləmə. Amma bilmək lazım olan hər şeyi öyrən.» -  Pifaqor

BIzim layihə -  Sizin suallarınıza cavab və baş-ağrılarınızın çarəsidir. Bİz Sizə bankların təklif etdiyi çoxsaylı məhsul və xidmətlərinin  həm qiymət və həm də şərtlər baxımından çox rahat və asan yolla müqayisəsini təqdim edirik. Bununla da Sİz özünüzə ən uyğun olan və sərfəli məhsulu tapıb ondan faydalana bilərsiniz. Bankların bizə təqdim etdiyi ən son və yenilənmiş məlumat sayəsində Siz bütün yeniliklərdən xəbərdar olacaqsınız.


Bizim layihənin məqsədi - istifadəçiyə ölkəmizdə olan və fəaliyyət göstərən bütün kredit təşkilatları və onların təklif etdiyi bütün məhsul və xidmətləri barədə tam və dolğun informasiyanı təqdim etməkdir. Biz mütəmadi olaraq inkişaf etməyə və təqdim etdiyimiz xidmətlərin çeşidlərini artırmağa çalışırıq. Beləliklə, Sİz artıq bizim saytımızın bir sıra bölümlərindən faydalana bilərsiz: 

  • Bank Məhsulları - bu bölümdə banklar təklif etdiyi bütün xidmət və məhsullat təqdim olunur
  • Banklar və kredit təşkilatları haqqında ən son xəbərləri,kampaniyaları və yenilikləri buradan öyrənə bilərsiniz
  • Banklar haqqında bütün məlumatları bizim sayt vasitəsilə əldə edə bilərsiniz
  • Kredit təşkilatlarının ən son maliyyə göstəricilərini yalnız bizim sayt vasitəsilə rahat əldə edə və müqayisə edə bilərsiniz
  • Bankirə Sual - bu bölüm vasitəsilə Siz bank müvafiq bankın işçisinə birbaşa sual verə biləsiniz
  • Banklarda Vakansiyalar - bu bölmədə bankların ən son iş elanlarını tapa biləsiniz
  • Təhsil - bu bölmədə isə bank sahəsinə aid təlim proqramları və kursları ilə tanış ola biləsiniz
  • Terminlər - Banklar və maliyyə haqqında hər gün əlavə olunan terminləri və onların mənasını buradan öyrənə bilərsiniz
  • Bankların təklif etdiyi xüsusi təkliflər,endirimlər və güzəştlər barədə bizim sayt vasitəsilə öyrənə bilərsiniz.

Ümid edirik ki, bizim resursumuz Sizin üçün maraqlı və faydalı olacaq. Bizim xidmətimizə dair sual və ya təklifiniz yaransa bizimlə bölüşməyinizdən məmnun olardıq. Bunun üçün Əks Əlaqə formasından istifadə edə biləsiniz.

Ünvan - Caspian Plaza, 3cü korpus, 5ci mərtəbə

Email: [email protected]

Tel: 055 326 64 88

 

Ən sərfəli krediti almaq üçün müraciət et