Türkiyənin turizm gəlirləri 5,4 faiz artıb | Banco.az

Türkiyənin turizm gəlirləri 5,4 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin turizm gəlirləri ötən ilin eyni rübü ilə müqayisədə 5,4 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı 2024-cü ilin birinci rübünün turizm statistikasını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkənin turizmdən əldə etdiyi gəlirlər yanvar, fevral və mart aylarını əhatə edən ilin birinci rübündə əvvəlki ilin eyni rübünə görə 5,4 faiz artaraq 8 milyard 784 milyon 800 min dollara çatıb.

Sözügedən dövrdə turizm gəlirlərinin 21 faizi xaricdə yaşayan və Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib.

Ziyarətçilər səyahətlərini şəxsi və ya turpaket vasitəsilə təşkil edirlər. Odur ki, bu rübdə edilən xərclərin 7 milyard 775 milyon 627 min dollarını şəxsi xərclər, 1 milyard 9 milyon 174 min dollarını isə turpaket xərcləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et