BVF Asiya regionunun 2024-cü il artım proqnozunu yüksəldib | Banco.az

BVF Asiya regionunun 2024-cü il artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) Asiya regionunun 2024-cü il artım proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə axşamı 2024-cü il üzrə Asiya iqtisadiyyatının artım proqnozunu yüksəldib.

Belə ki, BVF bu il Asiya iqtisadiyyatının altı ay əvvələ nəzərən 0,3 bəndlik artımla 4,5 faiz böyüyəcəyini proqnozlaşdırır. 2025-ci il üçün proqnoz isə dəyişməz olaraq 4,3 faiz səviyyəsində qalıb.

BVF-in Asiya və Sakit Okean regionu üzrə direktoru Krişna Srinivasan mövzu ilə bağlı açıqlama verib:

“"2024-cü ildə Asiya və Sakit Okean regionu üçün perspektivlər yaxşılaşıb. İndi biz inflyasiya təzyiqləri azalmağa davam etdiyi üçün region iqtisadiyyatında artımın əvvəllər gözlədiyimizdən daha az yavaşlamasını güman edirik."

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et