Dünyanın ƏN BÖYÜK BANKLARI AÇIQLANDI | Banco.az

Dünyanın ƏN BÖYÜK BANKLARI AÇIQLANDI

Hər zaman bu və ya digər formada bank və bank xidmətlərindən istifadə edirik. Maraqlıdır, dünyanın ən böyük bankı hansıdır? Yəqin ki, bu suala bir çoxlarımız İsveç bankı cavabını verərdik, amma elə deyil. Financial Times-ın tərkibində yer alan aylıq jurnal The Banker 2018-ci il üçün Dünyanın Ən Böyük 100 Bankını araşdırıb. Araşdırma nəticəsinə görə Çinin Sənaye və İqtisadiyyat Bankı (Industrial and Commercial Bank of China (ICBC)) 324 milyard dollarlıq sərmayəylə siyahıya liderlik etməkdədir. Ondan sonrakı yerləri 272 milyard dollarlıq sərmayəylə China Construction Bank, 224 milyard dollarla Bank of China və 218 milyard dollarla Agricultural Bank of China tutur.

Banco.az xəbər verir ki, The Banker saytı 1926-cı ildən bu günədək iqtisadi araşdırmaları yayımlamaqdadır.

Siyahıda beşinci yer 209 milyard dollarlıq sərmayəylə ABŞ-na məxsus JP Morgan Chase-ə məxsusdur. İlk onluqda yer alan digər banklar isə bunlardır:

Bank of America (191 milyard dollar)

Ən sərfəli kredit üçün müraciət et

Wells Fargo (178 milyard dollar)

Citigroup (165 miyard dollar)

Yaponiyaya məxsus Mitsibushi UFJ bankı (153 miyard dollar)

İngiltərəyə məxsus HSBC bankı (151 milyard dollar)

Jurnalın redaktoru Brian Caplen bu mövzuda verdiyi açıqlamada iqtisadi cəhətdən sıxıntılı il olduğunu, lakin buna baxmayaraq, Avropa banklarının vəziyyətinin qənaətbəxş olduğunu, Çin banklarının iqtisadi cəhətdən yüksəldiyini və əksinə vəziyyətin Hindistan bankları üçün ürək açan olmadığını bildirib.

Maraqlı bir digər tərəf isə ondan ibarətdir ki, qardaş ölkə Türkiyənin iki bankı da siyahıda öz yerlərini alıb. Beləki, Avropanın ən etibarlı bankları siyahısında Türkiyəyə məxsus Ziraat Bank ikinci, Halk Bank isə yeddinci yerdə qərarlaşıb.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et